Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Ukraynanın üzvlüklə bağlı sorğu vərəqəsi Aİ səfirinə təqdim edilib

Ukraynanın üzvlüklə bağlı sorğu vərəqəsi Aİ səfirinə təqdim edilib

Tarix : 18-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Avropa İttifaqına üzvlüklə bağlı sorğu vərəqəsini tamamlayaraq Aİ-nin Ukraynadakı Nümayəndəliyinin rəhbəri Matti Maasikasa təqdim edib.

Bu barədə Aİ-nin diplomatı "Twitter"də bildirib.

“Ukraynanın Aİ yolunda digər bir addımı. Cəmi 10 gün əvvəl Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen tərəfindən təhvil verilən Avropa Komissiyasının anketinə Zelenskidən cavab almaqdan şərəf duyuram. Qeyri-adi zaman qeyri-adi addımlar və qeyri-adi sürət tələb edir”, - səfir qeyd edib.

Şərhlər: 0

Şərh yaz