Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Zaxarova: “Rusiya-Ukrayna danışıqları davam edir”

Zaxarova: “Rusiya-Ukrayna danışıqları davam edir”

Tarix : 20-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Rusiya və Ukrayna nümayəndə heyətləri Ukraynadakı situasiyanın nizamlanması üçün danışıqları davam etdirir.

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiya və Ukrayna nümayəndə heyətləri Ukraynadakı situasiyanın nizamlanması, onun neytral, nüvə silahından azad və hərbi bloklardan kənar statusu barədə müzakirə aparır”, - Zaxarova vurğulayıb.

XİN rəsmisi qeyd edib ki, müzakirələrin gündəliyində demilitarizasiya, denasifikasiya məsələləri, rus dilinin rəsmi statusunun bərpası, Krımın Rusiyaya məxsusluğu və “DXR"-lə “LXR”-in müstəqilliyi məsələləri daxildir.

Şərhlər: 0

Şərh yaz