Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Çavuşoğlu və Lavrov Ukraynanı müzakirə edib

Çavuşoğlu və Lavrov Ukraynanı müzakirə edib

Tarix : 20-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Rusiya XİN- verdiyi məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı nazirlər Ukraynada, xüsusi ilə Mariupol ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

M.Çavuşoğlu Mariupoldakı məsciddəki girovların azad edilməsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin göstərdiyi köməyə görə minnətdarlığını bildirib.

“Rusiya-Ukrayna danışıqlar prosesinin perspektivlərinə münasibətdə Rusiyanın prinsipial mövqeyinin dəyişməzliyi təsdiqlənib: danışıqların nəticəsi tamamilə Kiyevin bizim qanuni tələblərimizi nəzərə almağa hazır olmasından asılıdır.

Rusiya və Türkiyə XİN başçıları “3+3” formatının aktivləşdirilməsi də daxil olmaqla, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə töhfə vermək niyyətlərini bir daha təsdiqləyiblər. Bundan başqa nazirlər ikitərəfli gündəlikdəki aktual məsələlərə də toxunublar”,- Rusiya XİN-in məlumatında qeyd olunub.

Şərhlər: 0

Şərh yaz