Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » BMT-nin Baş katibi Moskva və Kiyevdə görüş keçirmək istəyir

BMT-nin Baş katibi Moskva və Kiyevdə görüş keçirmək istəyir

Tarix : 20-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna və Rusiyanın BMT-dəki nümayəndələrinə məktub ünvanlayıb.

Bu barədə Baş katibin sözçüsü Stefan Düjarrik bildirib.

Düjarrik bildirib ki, Baş katib Volodimir Zelenski və Vladimir Putindən onu öz ölkələrində qəbul etməsini xahiş edib.

Düjarriklin sözlərinə görə, Baş katib bildirib ki, indiki çətin dövrdə Ukraynada sülhün bərqərar olması üçün təcili addımlar atılmalıdır. Ukrayna və Rusiya BMT-nin qurucu dövlətlərindəndir.

Sözçü bildirib ki, məktub axşam saatlarında nümayəndəliklərə təqdim edilib və hələ ki cavab verilməyib.

Şərhlər: 0

Şərh yaz