Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Ukrayna: Rusiya Kiyevi cənub-qərbdən mühasirəyə almaq istəyir

Ukrayna: Rusiya Kiyevi cənub-qərbdən mühasirəyə almaq istəyir

Tarix : 27-03-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Hücum əməliyyatları zamanı ciddi itki vermiş Rusiyanın Şərq Hərbi Dairəsinin 35-ci ordusunun ayrı-ayrı bölmələrinin yenidən qruplaşdırılması həyata keçirilir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edilib ki, bir neçə bölmə Çernobıl rayonundan döyüş qabiliyyətlərinin bərpa edilməsi üçün Belarus ərazisinə aparılıb: “İstisna edilmir ki, sonradan gücləndirilmiş həmin hərbi bölmələr Kiyevin cənub-qərb istiqamətindən mühasirəyə alınması üçün hərbi əməliyyatlara cəlb ediləcək”.

Şərhlər: 0

Şərh yaz