Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Zelenski NATO-dan tank və təyyarələr istəyib

Zelenski NATO-dan tank və təyyarələr istəyib

Tarix : 27-03-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

“NATO toz basmış təyyarələrinin bir faizini belə bizə vermir”.

Azinfo APA -ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

Ukraynalı lider NATO-nu Kiyevə silah verməkdə qərarsız olmaqda ittiham edib.

Zelenski hesab edir ki, Ukraynanın təhlükəsizliyi bütün Avropanın təhlükəsizliyinə bərabərdir.

“Bu, bizim tərəfdaşlarımızda var və onlar sadəcə toz-torpaq olurlar. Bütün NATO təyyarələrinin tanklarının bir faizi yalnız bir faizini istəyirik. Biz daha çoxunu istəmirik. Sadəcə bir faizini istəyirik”-,deyə Zelenski bildirib.

Onun fikrincə, Kiyevi silahla təmin etmək zərurəti təkcə Ukraynanın deyil, həm də Avropa əhalisinin mütləq əksəriyyətinin mövqeyidir.

Şərhlər: 0

Şərh yaz