Ərdoğan və Quterreş Türkiyənin Kiyevlə Moskva arasında vasitəçilik səylərini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş Katibi Antonio Quterreş arasında görüş 1,5 saat çəkib.Türkiyə Prezidentinin iqamətgahında təşkil olunmuş görüş mətbuata qapalı baş tutub. Məlumata görə, tərəflər Rusiya və Ukrayna arasında davam edən müharibəyə diqqət yönəldiblər. Söhbət zamanı Türkiyənin müharibənin başa çatdırılması məqsədi ilə davam etdirdiyi vasitəçilik səyləri, Türkiyənin tövsiyələri və atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Şərhlər: 0
Şərh yaz
