Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » AEBA rəhbəri Zelenski ilə görüşüb

AEBA rəhbəri Zelenski ilə görüşüb

Tarix : 27-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş katibi Rafael Qrossi Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Görüş AEBA- nın Baş katibinin Ukraynaya səfəri çərçivəsində baş tutub.
"Ukraynanın nüvə obyektlərində təhlükəsizliklə bağlı hərtərəfli müzakirə üçün Prezident Zelenski ilə görüşməkdən şərəf duyuram. Mən onu əmin etdim ki, AEBA Ukraynanı dəstəkləməyə davam edəcək", - Qrossi bildirib.
Qeyd edək ki, Rafael Qrossi Ukraynaya səfəri çərçivəsində Çernobıl AES-də də olub.

Şərhlər: 0

Şərh yaz