Liz Trass Qərbi Ukraynanı daha çox döyüş təyarrələri, ağır silahlarla təmin etməyə çağırıb
"Əgər Putin uğur qazanarsa, Avropada daha çox səfalət və bütün dünyada dəhşətli nəticələr olacaq. Bir daha özümüzü heç vaxt təhlükəsiz hiss etməyəcəyik".Bunu Britaniyanın Xarici İşlər Naziri Liz Trass deyib. O bildirib ki, Ukraynanın taleyi hələ də bəlli deyil, buna görə də uzun yola hazır olmalı və Ukraynaya dəstək iki qat artırılmalıdır. Nazir, Qərbi Ukraynanı daha çox döyüş təyarrələri, ağır silahlar, tanklarla təmin etməyə, öz istehsallarını artırmağa çağırıb.
Şərhlər: 0
Şərh yaz
