Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Blinken ABŞ-ın Kiyevdəki səfirliyinin bərpasının vaxtını açıqlayıb

Blinken ABŞ-ın Kiyevdəki səfirliyinin bərpasının vaxtını açıqlayıb

Tarix : 27-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Ukrayna paytaxtında Amerika səfirliyinin yenidən açılması prosesi yəqin ki, bir neçə həftə çəkəcək.

Vu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Konqres Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmədə ona Kiyevdəki diplomatik missiyanın işinin bərpasının vaxtı barədə sual verilib.
Blinken cavabında bu prosesə çox ciddi yanaşıldığını bildirib.

“Diplomatik heyətimizi adekvat şəkildə təmin edə bildiyimizə əmin olmalıyıq. Düşünürəm ki, bu, növbəti bir neçə həftə ərzində baş verəcək. Senat Bridget Brinkin namizədliyinə tez bir zamanda baxarsa çox şad olarıq”,-deyə Blinken bildirib.

O xatırladıb ki, ABŞ Ukraynanın paytaxtından təxliyə edilmiş səfirlikdəki diplomatlarını əvvəlcə Lvova, sonra isə Kiyevə qaytarmaq niyyətindədir.

Şərhlər: 0

Şərh yaz