Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Ukrayna-Rusiya danışıqlarının növbəti raundu Türkiyədə keçiriləcək

Ukrayna-Rusiya danışıqlarının növbəti raundu Türkiyədə keçiriləcək

Tarix : 27-03-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Ukrayna-Rusiya danışıqlarının növbəti raundu Türkiyədə keçiriləcək.

Azinfo.az APA-nın xəbərinə istinadən bildirir ki , bunu Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya "Facebook" səhifəsində yazıb.
D. Araxamiya qeyd edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqların növbəti raundunun 28-30 mart tarixlərində Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski isə danışıqların növbəti raundunun 29-30 mart tarixlərində üzbəüz keçiriləcəyini bildirib.

Şərhlər: 0

Şərh yaz