Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Kuleba: “Ukrayna ilə Rusiya arasında danışıqlar prosesi çətinləşib”

Kuleba: “Ukrayna ilə Rusiya arasında danışıqlar prosesi çətinləşib”

Tarix : 01-05-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
İstanbul görüşündən sonra Ukrayna ilə Rusiya arasında sülh prosesi çətinləşib.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Sinxua agentliyinə müsahibəsində deyib.

“Bəli, hazırki dövrdə Ukrayna ilə Rusiya arasında sülh danışıqları çox çətin gedir. Bir neçə həftə əvvəl Türkiyənin vasitəçiliyi ilə tərəflər İstanbulda danışıqların növbəti raundunu keçirdilər. Görüşdə Ukrayna nümayəndə heyəti ölkənin təhlükəsizliyinə dair beynəlxalq zəmanət istədi. Rusiya tərəfi təklifi ətraflı öyrənmək üçün qəbul etdi. Təəssüf ki, bundan sonra danışıqlar prosesi xeyli çətinləşdi” – deyə diplomat qeyd edib.

Şərhlər: 0

Şərh yaz