KİV: Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İzyum yaxınlığında yaralanıb
Bunu hərbi jurnalist və bloger Aleksandr Şulman yazıb.
66 yaşlı Gerasimov sağ ayağının yuxarı üçdə bir hissəsində sümük sınığı olmayan qəlpə yarası alıb. Həyati təhlükəsi yoxdur.
Ordu generalı Gerasimov və digər zabitlərin Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində oturduğu qeyd olunur. İlkin məlumata görə, 20 zabit həlak olub.
“Vertical” Telegram kanalı xəbər verir ki, Rusiya Baş Qərargah rəisi Gerasimov Rusiya ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışır və onların təchizatı dayandırılıb.
Xəbərdə bildirilir ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri 10-dan çox yüksək səviyyəli rus komandirini, o cümlədən azı altı generalı məhv edib.
Şərhlər: 0
Şərh yaz
