Gürcüstanda güclü zəlzələ olub
Gürcüstanda 5,3 bal gücündə zəlzələ olub.Bu barədə Gürcüstanın Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Dmanisi rayonunun Yırğançay kəndi yaxınlığında qeydə alınıb.
Yerli vaxtla 23:35-də baş vermiş zəlzələ paytaxt Tbilisidə də hiss edilib.
Dağıntı və tələfat barəsində hələki məlumat yoxdur.
Şərhlər: 0
Şərh yaz
