Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Ukraynada aviazərbə endirilən kənd məktəbində 60 nəfər ölüb

Ukraynada aviazərbə endirilən kənd məktəbində 60 nəfər ölüb

Tarix : 08-05-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Mayın 7-də Rusiya Ordusunun Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində məktəbə endirdiyi aviazərbə nəticəsində 60 nəfər ölüb.

Bunu Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday "Telegram"-da paylaşımında bildirib.

Aviazərbədən əvvəl məktəbin zirzəmisində 90 nəfər olub. Xilasedicilər dağıntılar altından 7-i yaralı olmaqla, 30 nəfəri evakuasiya ediblər. Sergey Qayday qeyd edib ki, böyük ehtimalla, dağıntılar altında qalan 60 nəfər ölüb.

Şərhlər: 0

Şərh yaz