Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Kanada Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edir

Kanada Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edir

Tarix : 09-05-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Kanada Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edir.

Bu barədə Kanada Baş naziri Castin Trüdo Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bəyan edib.

Trüdo eyni zamanda ölkəsinin dron kameraları, peyk şəkilləri, silahlar və minaların təmizlənməsi əməliyyatları üçün maliyyə yardımı da daxil olmaqla, Ukraynaya daha çox hərbi yardım edəcəyini elan edib.

Əlavə edib ki, Kanada Ukraynadan idxal edilən məhsullara görə ticarət tariflərini gələn il ləğv edəcək.

Şərhlər: 0

Şərh yaz