Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Britaniya MN: Ukrayna Rusiyanın HHM sistemlərinə “Bayraktar”larla uğurlu zərbələr endirib

Britaniya MN: Ukrayna Rusiyanın HHM sistemlərinə “Bayraktar”larla uğurlu zərbələr endirib

Tarix : 11-05-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Ukrayna Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərinə və tədarük gəmilərinə “Bayraktar” dronları vasitəsilə uğurlu zərbələr endirib.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, “Moskva”nın vurulmasından sonra Rusiya Hərbi Dəniz Donanmasının Krıma çəkilməsi nəticəsində indi Rusiyanın tədarük gəmiləri Qara dənizin qərbində minimal mühafizəyə malikdir.

Əlavə olunub ki, İlan adası uğrunda döyüşlər davam edir və Rusiya adada yerləşdirdiyi qarnizonunu bir neçə dəfə möhkəmlənməyə cəhd edib.
Vurğulanıb ki, Rusiya adada mövqeyini möhkəmləndirəcəyi və strateji HHM, həmçinin sahil mühafizə üçün qanadlı raketlər yerləşdirəcəyi təqdirdə Qara dənizin şimal-qərbində dominantlıq edə bilər.

Şərhlər: 0

Şərh yaz