Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Həkimlərin xatirəsinə 2 avro nominallı sikkə buraxılıb

Həkimlərin xatirəsinə 2 avro nominallı sikkə buraxılıb

Tarix : 15-05-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Koronavirusla mübarizə aparan həkimlərin xatirəsinə 2 avro nominalında sikkə buraxılıb.

Yeni pulları belçikanın maliyyə naziri Vinsent Van Petegem Qand Universitetində təqdim edib.

Xatirə sikkəsinin aversində maskalı tibb işçisi, şpris, əlil arabası təsvir edilib, 3 dildə “sağ ol” yazılıb. Reversdə isə standart formada pulun nominalı göstərilib.

2 milyon ədəd sikkə dövriyyəyə buraxılacaq. Kolleksiyaçılar üçün ayrıca yüksək keyfiyyətdə 155 000 ədəd sikkə ştamplanması nəzərdə tutulur.
Xatirə pulları tədavülə yayın sonunda çıxacaq.

Şərhlər: 0

Şərh yaz