Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Zelenskinin ofisi İstanbulda Rusiya ilə danışıqları çətin adlandırıb

Zelenskinin ofisi İstanbulda Rusiya ilə danışıqları çətin adlandırıb

Tarix : 29-03-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Ukrayna tərəfi İstanbulda Rusiya ilə danışıqlarda müzakirə olunan məsələləri açıqlayıb.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

“Ukrayna üçün qeyd-şərtsiz təhlükəsizlik təminatı, atəşkəs, humanitar dəhlizlər və humanitar konvoylarla bağlı effektiv qərarlar, tərəflərin müharibə qaydalarına və adətlərinə riayət etməsi”, - o qeyd edib.

Podolyak danışıqları Ukrayna üçün çətin adlandırıb.

Şərhlər: 0

Şərh yaz