Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » İsveç Ukraynaya gəmi əleyhinə raketlər verəcək

İsveç Ukraynaya gəmi əleyhinə raketlər verəcək

Tarix : 03-06-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
İsveç Müdafiə Nazirliyi Ukraynaya üçüncü yardım paketi çərçivəsində”RBS-17” gəmi əleyhinə raket kompleksi göndərəcək.

Bu barədə “Gazeta.ru” “The Warzone” nəşrinə istinadən məlumat yayıb.

İsveçin müdafiə naziri Peter Hultkvist bildirib ki, bu sistemlərin göndərilməsi Ukrayna tərəfinintələbi əsasında baş tutub.
“RBS-17” Amerikanın tank əleyhinə idarə olunan “AGM-114 Hellfire” raketlərinin İsveç versiyasıdır və dəniz hədəflərinə atəş açmaq üçün uyğunlaşdırılıb.

Raket 1987-ci ildən istehsal olunur.

Raket radar və lazer yönləndirmə sistemlərindən istifadə edilməklə və 8 km-ə qədər məsafədə atış edə bilir.
O, yüksək partlayıcı parçalanma döyüş başlığına malikdir və yerüstü hədəflərə qarşı istifadə olunur.

Şərhlər: 0

Şərh yaz