İtaliya XİN Ukraynadan taxıl ixracına blokadanı aradan qaldırmaq üçün çalışır
İtaliya xarici işlər naziri Luici Di Mayo və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.Bu barədə İtaliya xarici işlər naziri "Twitter"də bildirib.
"İtaliyanın Ukraynaya tam dəstəyini, əhaliyə və ölkənin yenidən qurulmasına dəstəyimizi bir daha təsdiqlədim. Bu dəhşətli müharibəni dayandırmaq və sülhə nail olmaq üçün birləşməliyik. Ukraynadan taxıl ixracına qarşı blokadanın aradan qaldırılması üçün səylə həll yolu üzərində çalışırıq", - İtaliya XİN rəhbəri bildirib.
Şərhlər: 0
Şərh yaz
