Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Mark Milley Finlandiya Prezidenti ilə Ukraynanı müzakirə edib

Mark Milley Finlandiya Prezidenti ilə Ukraynanı müzakirə edib

Tarix : 03-06-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Finlandiya Prezidenti Sauli Niinistö ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley ilə görüşüb.

Bu barədə Prezident Niinistö "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə Ukraynadakı müharibə və hazırki vəziyyət müzakirə olunub.

Finlandiya Prezidenti qeyd edib ki, ABŞ Finlandiyanın NATO üzvlüyünü dəstəkləyir və Finlandiya ilə ABŞ arasında ikitərəfli müdafiə əməkdaşlığı güclənir.

Şərhlər: 0

Şərh yaz