Türkiyədə müdafiə təyinatlı məhsul ixracı 94% artıb
Türkiyənin müdafiə sənayesi müəssisələri mayda 330 464 000 dollarlıq məhsul ixrac edib.Ötən ilin müvafiq dövrü ilə müqayisədə 94% çoxdur. Sektorda yanvarın 1-dən mayın 31-dək olan müddətdə ixrac həcmi 1,6 milyard dolları ötüb. Cari ayın sonunadək ixracın 2 milyard dolları keçəcəyi real hesab edilir.
Ötən il Türkiyə 3 milyard dollarlıq müdafiə təyinatlı məhsul istehsal edib. Builki hədəf 4 milyard dollardır.
Qeyd edək ki, sektorun tanıtımını sürətləndirmək üçün 9 səfirlikdə müdafiə sənayesi üzrə müşavir postu təsis edilib. Siyahıda Türkiyənin Azərbaycandakı səfirliyi də yer alır. Prezident Rəcəb Tayyip Ərdoğanın müvafiq sərəncamı artıq Rəsmi Qəzetdə dərc olunub.
Şərhlər: 0
Şərh yaz
