Bayram Beqayı Albaniyanın yeni prezidenti seçilib
Albaniya parlamenti ölkənin yeni prezidentini seçib.Deputatlar bu posta Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Bayram Beqayı təyin edib.
Beqay 78 səs qazanıb ki, onlardan 74-ü hakim Albaniya Sosialist Partiyasının deputatları tərəfindən verilib.
Xatırladaq ki, Albaniya Xalq Məclisi dördüncü cəhddə ölkə prezidentini seçə bilib.
Qeyd edək ki, hazırki prezidenti İlir Metanın səlahiyyət müddəti iyunun 24-də başa çatır.
Şərhlər: 0
Şərh yaz
