Boris Consonun ofisi etimad səsverməsi ilə bağlı bəyanat verib
Britaniya Baş nazirinin “Dauninq-strit”də yerləşən iqamətgahı Boris Consonla bağlı keçiriləcək etimad səsverməsi ilə bağlı bəyanat verib.Bəyanatda bildirilib ki, bu səsvermə aylarla davam edən fərziyyələrə son qoymaq üçün bir şansdır:
Bəyanatda qeyd edilib ki, Baş nazir səsvermə yolu ilə deputatlara öz iddiasını çatdırmaq fürsətini alqışlayır: “Bu imkan onlara xatırladacaq ki, birləşib seçicilər üçün vacib olan məsələlərə diqqət yetirdikdə bundan daha güclü siyasi qüvvə olmur”,- deyə “Dauninq-strit”in yaydığı bəyanatda deyilir.
Qeyd edək ki, Baş nazir Boris Consonla bağlı etimad səsverməsi bu gün yerli vaxtla 18:00 - 20:00 arasında keçiriləcək.
Şərhlər: 0
Şərh yaz
