Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Çavuşoğlu: "Erməni icması Türkiyənin ayrılmaz hissəsidir"

Çavuşoğlu: "Erməni icması Türkiyənin ayrılmaz hissəsidir"

Tarix : 09-06-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Erməni icması Türkiyənin ayrılmaz hissəsidir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.

“Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyanla Erməni Apostol Kilsəsinin Vatikan nümayəndəsi Xacaq Barsamyanı qəbul etdik. Erməni icması ölkəmizin ayrılmaz hissəsidir. Biz erməni icmasının tanınmış nümayəndələri ilə dialoqumuzu və təmaslarımızı davam etdirəcəyik”, - Çavuşoğlu qeyd edib.

Şərhlər: 0

Şərh yaz