Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Danimarka XİN başçısı bu gün Gürcüstana səfər edəcəka

Danimarka XİN başçısı bu gün Gürcüstana səfər edəcəka

Tarix : 30-03-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Danimarkanın xarici işlər naziri Jeppe Kofod martın 30-da Gürcüstana səfər edəcək.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, XİN başçısı Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın hökumət nümayəndələri, o cümlədən Baş nazir İrakli Qaribaşvili, baş nazirin müavini, xarici işlər naziri Davit Zalkaliani, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşəcək.

Tərəflərin Gürcüstan-Danimarka ikitərəfli əlaqələrinə, eləcə də regionda və dünyada mühüm məsələlərə dair müzakirə aparacağı bildirilib.

Şərhlər: 0

Şərh yaz