Türkiyədə sürüşmə olub, Gürcüstan yolu bağlanıb, ölən və yaralananlar var
Türkiyənin Artvin bölgəsində güclü yağışlar sürüşməyə səbəb olub.Kamalpaşa rayonunda qaya parçaları və torpaq dağdan sürüşərək magistral yola tökülüb.
Yoldan keçən TIR-lara ciddi ziyan dəyib. Ən azı 1 nəfərin öldüyü, yaralananların olduğu bildirilir.
Sürüşmə nəticəsində Qara dəniz sahilində Türkiyə-Gürcüstan beynəlxalq magistralı (Sarp sərhəd-keçib məntəqəsinə gedən yol) ikitərəfli bağlanıb.
Bölgəyə xeyli sayda təcili yardım, xilasetmə qüvvələri cəlb olunub.
Qeyd edək ki, bundan əvvəl də bölgədə sürüşmələr baş verib.
Şərhlər: 0
Şərh yaz
