Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Baş Qərargah: Rusiya Abxaziya və Cənubi Osetiyadakı bölmələrini Ukraynaya köçürüb

Baş Qərargah: Rusiya Abxaziya və Cənubi Osetiyadakı bölmələrini Ukraynaya köçürüb

Tarix : 30-03-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsindəki 4-cü və Abxaziya bölgəsindəki 7-ci hərbi bazalarının bölmələri Ukraynaya köçürülüb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat paylaşıb.

Məlumatda qeyd olunub ki, 4-cü hərbi bazadan 1200-dək rus və osetiyalı döyüşçüdən ibarət üç batalyon taktiki qrup formalaşdırılaraq Ukraynaya göndərilib.

7-ci bazadan isə 800-dək hərbçidən ibarət iki batalyon taktiki qrup formalaşdırılıb.

Hazırda Rusiyanın Ukraynanın Kiyev və Şernoqov regionlarından geri çəkilməyə davam etdiyi bildirilir.

Şərhlər: 0

Şərh yaz