Danimarkada 3 nəfərin öldürüldüyü insident terror aktı olmayıb
Polis rəisi Soeren Thomassen bildirib ki, silahlı şəxsin psixi sağlamlıq problemləri var və onun hücumunda terror motivinə dair heç bir əlamət yoxdur.
Xatırladaq ki, iyulun 3-də silahlı şəxs Kopenhagendə ticarət mərkəzində insanlara atəş açıb, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Polis həlak olanların ikisinin Danimarka vətəndaşları olan 17 yaşlı gənclər və 47 yaşlı Rusiya vətəndaşı olduğunu bildirib. İki danimarkalı və iki isveçli xəstəxanada ağır vəziyyətdədir.
"Etnik danimarkalı" kimi təsvir edilən 22 yaşlı gənc Fieldin mərkəzində atışmadan bir neçə dəqiqə sonra həbs edilib.
Şərhlər: 0
Şərh yaz
