Danimarka İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib
Danimarka hökuməti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib.Bu barədə Danimarkanın xarici işlər naziri Jeppe Kofod "Twitter"də bildirib.
“Finlandiya və İsveçin NATO üzvlüyünün Danimarka tərəfindən ratifikasiyası hazırdır. Bütün müttəfiqlər tərəfindən tezliklə bunun ratifikasiya olunacağına ümid edirik”, - Danimarka XİN başçısı qeyd edib.
Bu, günorta saatlarında Finlandiya və İsveçin Alyansa qoşulması ilə bağlı protokolların imzalanmasından sonra NATO-dakı 30 müttəfiq arasında ilk və ən sürətli ratifikasiyadır.
Qeyd edək ki, artıq Norveç və İslandiya da öz ratifikasiya sənədlərini ABŞ-a təqdim etməyə hazır olduqlarını bəyan ediblər.
Şərhlər: 0
Şərh yaz
