Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Orban: Sanksiyalar Rusiyanı zəiflətmir, Avropa iqtisadiyyatına böyük ziyan vurur

Orban: Sanksiyalar Rusiyanı zəiflətmir, Avropa iqtisadiyyatına böyük ziyan vurur

Tarix : 15-07-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı düşünülməmiş iqtisadi sanksiyalarla “özünü ağciyərlərindən vurub” və bu sanksiyalar aradan qaldırılmasa, onlar Avropa iqtisadiyyatını məhv etmək riski daşıyır.

Bu barədə Baş nazir Orban yerli radioya müsahibəsində deyib.

“Əvvəlcə mən elə bilirdim ki, biz özümüzü yalnız ayağımızdan vurmuşuq, amma indi aydın olur ki, Avropa iqtisadiyyatı özünü ağciyərlərindən vurub və öz nəfəsini kəsir”, - Baş nazir qeyd edib.

Orban bildirib ki, Ukraynanın köməyə ehtiyacı var, lakin Avropa liderləri strategiyalarını yenidən nəzərdən keçirməlidir, çünki sanksiyalar Rusiyanı zəiflətmir və aylarla davam edən müharibəni hər hansı bir həll yoluna yaxınlaşdırmadan Avropa iqtisadiyyatına böyük ziyan vurur:
“Sanksiyalar Ukraynaya kömək etmir, lakin onlar Avropa iqtisadiyyatı üçün pisdir və belə davam edərsə, Avropa iqtisadiyyatını məhv edəcək.

Şərhlər: 0

Şərh yaz