Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Türkiyə və Fransa hərbi əməkdaşlığı müzakirə edib

Türkiyə və Fransa hərbi əməkdaşlığı müzakirə edib

Tarix : 30-03-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Türkiyə və Fransa Müdafiə Nazirliklərinin nümayəndə heyətləri Ankarada görüş keçirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər dövlətlərarası əlaqələri, regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edib.

Bundan əlavə, nümayəndə heyətləri Türkiyə-Fransa müdafiə sahəsində əlaqələrin yaxşılaşdırılması istiqamətində də fikir mübadiləsi aparıb.

Şərhlər: 0

Şərh yaz