Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » İtaliya Baş naziri istefa verib

İtaliya Baş naziri istefa verib

Tarix : 21-07-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
İtaliya Baş naziri Mario Draqi istefa verib.

Bu gün səhər saatlarında keçirilən iclasda istefa qərarını Prezident Sergio Mattarellaya təqdim edib.

İndiki hökumət müvəqqəti olaraq yeni hökumət seçilənə qədər fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, iyulun 21-də etimad səsverməsində onun üç koalisiya tərəfdaşı dəstəyini geri götürdükdən sonra Draqi hökumətinin istefası qaçılmaz olub.

İtaliya mətbuatı xəbər verir ki, ən tez halda ölkədə seçkilər oktyabr ayında baş tutacaq.

Şərhlər: 0

Şərh yaz