Aİ Rusiyadan qızıl idxalını qadağan edib
Avropa İttifaqı (Aİ) Rusiyadan qızıl idxalını qadağan edib.Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter“də bildirib.
“Bu gün biz Rusiyanın Ukraynaya təcavüzünü maliyyələşdirmək imkanlarını azaltmaq məqsədilə növbəti bir addım atırıq. Biz Rusiyanın enerjidən sonra ən böyük ixracını – Rusiya qızılını effektiv şəkildə qadağan edirik”, - Borell qeyd edib.
Şərhlər: 0
Şərh yaz
