İsrail vətəndaşlarına sui-qəsd hazırlayan 3 iranlı İstanbulda həbs edilib

İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən Türkiyədə İsrail vətəndaşlarına qarşı sui-qəsd törədilməsi təhlükəsi ilə bağlı “hərbi və ya siyasi casusluq” istintaqı üzrə əməliyyatlar davam edir.
Bu barədə NTV kanalı məlumat yayıb.
Qeyd olunub ki, istintaq çərçivəsində ikinci əməliyyat keçirilib.
Polis tərəfindən aparılan əməliyyatlar nəticəsində üç İran vətəndaşı iyulun 21-də həbs edilib.
Şərhlər: 0
Şərh yaz
