Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » İstanbulda terror aktının təşkilatçısı olan PKK terrorçusu öldürülüb

İstanbulda terror aktının təşkilatçısı olan PKK terrorçusu öldürülüb

Tarix : 30-07-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  





Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada keçirdiyi əməliyyat nəticəsində PKK terrorçusu Nüsrət Tebişi zərərsizləşdirib.

Həmin şəxs 2008-ci ildə İstanbulun Güngören rayonunda baş verən terror aktının təşkilatçılarından biri olub.

Qeyd edək ki, 2008-ci il iyulun 27-də İstanbulun Güngören rayonunda baş verən terror aktı nəticəsində 5-i uşaq olmaqla, 17 Türkiyə vətəndaşı həlak olub, 154 nəfər yaralanıb.

Şərhlər: 0

Şərh yaz