Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Gürcüstanda "Krım-Konqo" virusuna yoluxma 4 dəfə artıb

Gürcüstanda "Krım-Konqo" virusuna yoluxma 4 dəfə artıb

Tarix : 02-08-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Ötən 7 ay ərzində Gürcüstanda "Krım-Konqo" virusuna 42 yoluxma halı qeydə alınıb, 2 nəfər xəstəlikdən vəfat edib.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze “İnterPressNews”a açıqlamasında bildirib.

Qamkrelidze Gürcüstanda sözügedən virusa yoluxma hallarında kəskin artım müşahidə olunduğunu qeyd edib: “Bizdə hər il 10-15 yoluxma halı qeydə alınırdı. Bu il bizim ən çox - təsdiqlənmiş 42 yoluxma halımız var”.

Baş epidemioloq əlavə edib ki, xəstəlikdən ölüm nisbəti 4,7% təşkil edir ki, bu da onu ən ciddi xəstəliklərdən birinə çevirir.

Qeyd edək ki, Gürcüstanda "Krım-Konqo" virusuna ilk yoluxma halı 2009-cu ildə qeydə alınıb.

Şərhlər: 0

Şərh yaz