Odessadan gələn gəminin İstanbulda yoxlanılmasına başlanılıb

İstanbulda “Taxıl daşınması sazişi” üzrə Müştərək Koordinasiya Mərkəzinin üzvləri Odessa limanından yola çıxan ilk qarğıdalı yüklü RAZONI yük gəmisinin yoxlamasına başlayıblar.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, gəmi dünən axşam saatlarında İstanbul boğazına çatıb.
Şərhlər: 0
Şərh yaz
