Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Avropa İttifaqında qaza qənaətlə bağlı razılaşma qüvvəyə minib

Avropa İttifaqında qaza qənaətlə bağlı razılaşma qüvvəyə minib

Tarix : 09-08-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  


Qaz təchizatının pisləşməsinə görə Avropa Komissiyasının təklif etdiyi mavi yanacağa qənaətlə bağlı qərarı qüvvəyə minib.

Qərar ittifaqın Rəsmi Jurnalında dərc edilib.

Sənəddə göstərilir ki, Aİ-yə üzv ölkələrinin hər biri 1 avqust 2022 – 31 mart 2023-cü il tarixlərində əvvəlki illərlə müqayisədə qaz sərfiyyatını 15% azaltmalıdır. Ciddi qaz qıtlığı olacağı təqdirdə Avropa Şurasının vəsastəti əsasında fövqəladə hal elan oluna bilər. Bu təqdirdə qənaət rejimi hər bir dövlətin real şəraitinə uyğun həyata keçiriləcək.

Şərhlər: 0

Şərh yaz