Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Almaniyada hidrogenlə işləyən sərnişin qatarı xəttə buraxılıb

Almaniyada hidrogenlə işləyən sərnişin qatarı xəttə buraxılıb

Tarix : 25-08-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  


Dünyada ilk dəfə olaraq Almaniyada hidrogenlə işləyən sərnişin qatarı xəttə buraxılıb.

Qatar Aşağı Saksoniya əyalətində 126 kilometrlik xətdə hərəkət edəcək və 4 şəhəri birləşdirəcək. Yeni nəqliyyat vasitəsi heç bir zəhərli maddə xaric etmir.

Qatarın xəttə buraxılmasında ləngimə sınaqların uzun müddət davam etməsi və pandemiyaya görə bəzi detalların təchizatının ləngiməsi ilə əlaqədardır.

Şərhlər: 0

Şərh yaz