Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Zelenski 2 generalı rütbədən məhrum edib

Zelenski 2 generalı rütbədən məhrum edib

Tarix : 01-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik xidmətinin 2 generalını rütbədən məhrum edib.

Azinfo.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə məlumat prezidentin Youtube kanalında yayımlanıb.

Rütbədən məhrum edilənlər Baş Daxili Təhlükəsizlik İdarəsinin rəisi Andrey Naumov və idarənin Xerson vilayətindəki şöbəsinin rəisi Sergey Krivoruçkodur.

Zelenski hər 2 şəxsi vətən xaini adlandırıb və onların cəzalandırılacağını bildirib.

Şərhlər: 0

Şərh yaz