Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Bu il Gürcüstandan 11 Azərbaycan vətəndaşı deportasiya edilib

Bu il Gürcüstandan 11 Azərbaycan vətəndaşı deportasiya edilib

Tarix : 12-09-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Bu ilin ikinci rübündə Gürcüstandan 9 Azərbaycan vətəndaşı deportasiya edilib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib. Qeyd olunub ki, aprel-iyun ayları ərzində ölkədən çıxarılan Azərbaycan vətəndaşlarından 7-si kişi, 2 qadındır. Deportasiya edilən Azərbaycan vətəndaşlarından 5-i yetkinlik yaşına çatmayanlar olub.

Ümumilikdə, bu ilin ikinci rübündə Gürcüstandan 53 xarici ölkə vətəndaşı deportasiya edilib.
Xatırladaq ki, cari ilin yanvar-mart aylarında Gürcüstandan cəmi 2 Azərbaycan vətəndaşı deportasiya edilib.

Şərhlər: 0

Şərh yaz