Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Gürcüstan XİN Azərbaycanla Ermənistanı sülh danışıqlarına çağırıb

Gürcüstan XİN Azərbaycanla Ermənistanı sülh danışıqlarına çağırıb

Tarix : 14-09-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
“Qarşıdurmalar zamanı zamanı ölən və yaralananların olması barədə məlumatlar var. Tərəflərin danışıqlar masasına gətirilməsi və (vəziyyətin) daha da gərginləşməsinin qarşısının alması təmin edilməlidir. Qarşıdurmaların istənilən yüksəlişi bütövlükdə regionun təhlükəsizliyinə nəzərə çarpan dərəcədə mənfi təsir göstərəcək. Bu baxımdan gərginliyin aradan qaldırılması və dialoqun bərpası üçün beynəlxalq ictimaiyyətin birgə səyləri xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan münaqişə tərəfləri arasında dialoqa ev sahibliyi etməklə regionda sülh və sabitliyin bərpası prosesində fəal iştirak etməyə sadiqdir”, - deyə Nazirliyin açıqlamasında bildirilib.

Şərhlər: 0

Şərh yaz