Türkiyə və İsveçrə siyasi məsləhətləşmələr aparacaq
Türkiyə və İsveçrə arasında siyasi məsləhətləşmələr aparılacaq.Bu barədə İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, bu məqsədlə Türkiyə xarici işlər nazir müavini Faruk Kaymakcı oktyabrın 14-də İsveçrəyə səfər edəcək.
Keçiriləcək görüşlərdə Türkiyə ilə İsveçrə arasında ikitərəfli münasibətlərin bütün aspektləri və əməkdaşlıq imkanlarının müzakirə ediləcəyi, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.
Şərhlər: 0
Şərh yaz
