Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Ukraynada 29 kilsə dağıntıya məruz qalıb

Ukraynada 29 kilsə dağıntıya məruz qalıb

Tarix : 02-04-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  

Ukraynada müharibə başlayandan 53 vacib mədəni abidə dağıntıya məruz qalıb.

Bu barədə UNESCO-nun məlumatında bildirilib.

Qeyd olunub ki, hərbi əməliyyatlar nəticəsində 29 kilsə, 16 tarixi bina, 4 muzey və 4 abidə zədələnib. Dağıntıya məruz qalan abidələrin Kiyev, Xarkov və Çerniqovda yerləşdiyi bildirilib.

“Bu son siyahıdır, lakin hərtərəfli deyil, bizim ekspertlərimiz məlumatları təsdiqləməyə davam edirlər”, - təşkilatın mətbuat katibi AFP xəbər agentliyinə bildirib.

UNESCO dağıntıları təsdiqləmək üçün peyk fotolarından və şahidlərdən istifadə etdiyini açıqlayıb.

Şərhlər: 0

Şərh yaz