Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Ərdoğan Suriya ilə münasibətlərin normallaşdırılmasını mümkün hesab edib

Ərdoğan Suriya ilə münasibətlərin normallaşdırılmasını mümkün hesab edib

Tarix : 28-11-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə münasibətlərin normallaşdırılmasının mümkün olduğunu bildirib.

Bu barədə Türkiyə lideri Konya şəhərində gənclərlə görüşü zamanı deyib.

O qeyd edib ki, proses Misirlə başlayıbsa, Suriya ilə də eynisi ola bilər və siyasətdə küskünlük olmamalıdır.
“Biz (Misir Prezidenti ilə - red.) çox fərqli şeylər haqqında danışdıq. Sonradan aldığım məlumat və xəbərlərə əsasən deyə bilərəm ki, o da görüşdən çox məmnun qalıb. Normallaşma prosesi artıq başlayıb, əvvəlcə nazirlərimiz bunu davam etdirəcək” , - deyə Ərdoğan vurğulaylb.
Dövlət başçısı Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətinin artıq normallaşdığını xatırladıb.

Şərhlər: 0

Şərh yaz