Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Ukraynanın bütün ərazisində elektrik verilişi dayandırılıb

Ukraynanın bütün ərazisində elektrik verilişi dayandırılıb

Tarix : 06-12-2022   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Rusiyanın raket zərbələrindən sonra Ukraynanın bütün ərazisində elektrik şəbəkəsində qəza açılması həyata keçirilib.

Bu barədə Ukrenerqo şirkəti məlumat verib.

Şirkət bildirir ki, raket hücumu nəticəsində enerji sistemində mürəkkəb, lakin nəzarət ediləbilən vəziyyət yaranıb. Ukraynanın enerji sistemi öz bütövlüyünü qoruyub-saxlayıb və Avropa şəbəkəsi ilə sinxron işləyir.
Təmir briqadaları gecə boyu şəbəkənin bərpası ilə məşğul olacaq.

Şərhlər: 0

Şərh yaz