Ukrayna Rusiyanın BMT TŞ-də iştirakı ilə bağlı məsələ qaldıracaq
Ukrayna Rusiyanın gələcəkdə BMT Təhlükəsizlik Şurasında iştirakı ilə bağlı məsələ qaldırmağı planlaşdırır.Bunu xarici işlər naziri Dmitri Kuleba deyib.
Ukrayna rəsmi mövqeyini dekabrın 26-da elan edəcək.
“Sualımız çox sadədir: Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü qalmaq və ümumilikdə BMT-də olmaq hüququ varmı? Bizim inandırıcı və əsaslandırılmış cavabımız var: yoxdur”, - Kuleba vurğulayıb.
Şərhlər: 0
Şərh yaz
