Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » BMT: İl ərzində təxminən 8 milyon ukraynalı Avropaya gəlib

BMT: İl ərzində təxminən 8 milyon ukraynalı Avropaya gəlib

Tarix : 12-01-2023   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Ötən ilin fevralından Avropaya 8 milyona yaxın ukraynalı qaçqın gəlib.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilir.

Bildirilir ki, ümumilikdə 7 milyon 967 min 409 nəfər öz vətənini tərk etmək qərarına gəlib.
Son bir həftə ərzində təxminən 52 min ukraynalı ölkəsini tərk edib.
BMT-nin məlumatına görə, qaçqınlar daha çox Rusiyaya köçürlər. Ümumilikdə ölkə 2,85 milyon insanı qəbul edib.
İkinci yerdə 1,5 milyon ukraynalının getdiyi Polşa qərarlaşıb.

Şərhlər: 0

Şərh yaz